GMO məhsullarla bağlı inşa müsabiqəsi elan edildi
14 may 2015 15:16 (UTC +04:00)

GMO məhsullarla bağlı inşa müsabiqəsi elan edildi

 

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Orta məktəb şagirdlərinin GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirilməsi” layihəsi çərçivəsində mayın 13-də Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində növbəti tədbir keçirilib.

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihənin məqsədinin orta məktəblərin şagirdlərini GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirmək olduğunu bildirib. Daha sonra pilot olaraq seçilmiş Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində şagirdlər arasında inşa müsabiqəsi elan edilib.

 

 

Ramiz Cürənov şagirdləri müsabiqədə fəal iştirak etməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar