Rusiyadan Azərbaycana gizli yolla gətirilən 9200 ədəd siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiyadan gələn Azərbaycan vətəndaşının nəqliyyat vasitəsinə “Samur” gömrük postunun gömrük nəzarəti zonasında baxış keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsinin sağ və sol iç üzlüklərinin arxasındakı boşluqlardan, ehtiyyat təkərin altından və salonun ön oturacağının arxa üzlüyünün içərisindən gömrük nəzarətindən gizlədilən Belarusiya respublikasının aksiz markası ilə markalanmış 9200 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.