Gənclər üçün Təhsil Mərkəzinin üzvləri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Heydər Əliyev zirvəsinə yürüşdə iştirak ediblər.
GTM-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yürüş Hava və Ekstermal İdman Növləri Federasiyası tərəfindən təşkil edilib.
Mərkəzin Gəncə Regional Ofisinin fəalı Orxan Əmirxanovun rəhbərlik etdiyi qrup üzvləri Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən zirvəni fəth ediblər.
Heydər Əliyev zirvəsində Azərbaycan Respublikasının bayrağı ilə yanaşı Gənclər üçün Təhsil Mərkəzinin də bayrağı da dalğalandırılıb.