Gənclər dəyişib?
26 iyun 2013 11:06 (UTC +04:00)

Gənclər dəyişib?

Azərbaycan Respublikası gənc müstəqil bir dövlətdir. Sözsüz ki, hər gənc dövlətin də hərəkət verici qüvvəsi onun gəncləridir. Gənclərin aktivliyi onların inkişafa can atmaları, hər zaman irəli doğru atdıqları addımıar dövlətin inkişafı deməkdir. İntellektual gənclərin artması dövlətin dünya arenasında öz yerini möhkəmləndirməsi və daha da tanınması anlamına gəlir.

Bugün gənclər siyasətində əldə olunmuş nəaliyyətlərə baxmayaraq müəyyən sosial qruplar daxilində “Gənclər artıq o gənclər deyil” və yaxud da “gənclər çox dəyişib” kimi ifadələrlə qarşılaşmaq mümkündür. Sözsüz ki, dünya dövlətləri irəli gedir, zaman yerində durmur və bununla ayaqlaşmaq ilk növbədə məs bu gəncliyin öhdəliyinə düşən məsələdir. Gənclik ölkənin hərəkət verici qüvvəsi, gənclər ölkənin gələcəyidir. Zəmanəmizin tələblərinə uyğun olaraq inkişafa doğru addımlamaq sözsüz ki, indiki gənclər və 20 il oncəki gənclərin fərqlənməsinə gətirib çıxarmışdır. O dövr üçün spesifik olan problemər bugün aktual deyil. Həmçinin qloballaşma prosesində artıq mədəniyyətlərin də bir-birlərinə müəyyən qədər uyğunlaşması gənclərin davranışlarında da özünü biruzə verməkdədir. Lakin, bir millət olaraq hər zaman öz tariximiz və milli dəyərlərimizi qorumağımız sözsüz ki, gənclərimizin də öz milli mənəvi dəyərlərini dərk etməsinə zəmin yaratmışdır.

 

Bu gün gənclərimizin dəyişməsi yalnız ictimai aktivlik, inkişaf və ölkəmiz üçün gördükləri işlərdə müşahidə olunmaqdadır. Gənclərimiz ictimai aktiv olaraq sosial məsələlərdə dövlətimizin dəstəyi ilə bir çox layihələri həyata keçirir. Öz üzərlərində işləyərək bilavasitə Azərbaycanın gələcəyi naminə töhvə vermiş olurlar. Azərbaycanın reallıqlarını, trixini və mədəniyyətini tərənnüm edərək ölkəmizin tanıdılması yönündə gördükləri işlərlə Azərbaycanımızın adını daha da yüksəklərə qaldırırlar. Bugün gənclərimiz dəyişib, inkişaf edib, zəmanənin tələbləri ilə ayaqlaşaraq Azərbaycanımızın inkişafı naminə əllərində gələni etməkdədirlər. Şübhəsiz ki, bu işdə dövlətin dəstəyi gənclərimizin daha da böyük zirvələrə can atmaları üçün mühümdür. Dövlət dəstəyini hər bir gəncin hiss etməsi onların inkişafı üçün əvəzolunmaz amidir.

 

Hümbətov Tural.

Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B., baş katib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar