Gəncədə IV Gənclər festivalı keçirilib
23 may 2016 10:57 (UTC +04:00)

Gəncədə IV Gənclər festivalı keçirilib

0

 

Gənclər və İdman Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Gəncədə “Tarixin canlı səhifələri” IV Gənclər festivalı  keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, Gəncənin “Yeni qızılca” ərazisində baş tutan tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhər icra başçısı Elmar Vəliyev,  Milli Məclisin deputatları  və digər rəsmilər iştirak ediblər.

 

400 nəfər aktyor, tələbə, idmançının iştirak etdiyi festivalda Babək, Cahan Pəhləvan, Qara Yusif və Cavad xanın keçdiyi  qəhrəmanlıq yolu və şücaətləri göz önünə gətirilib. Ümumilikdə iki saata yaxın davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və səhnə, iştirakçıların əvəzsiz oyunu tamaşaçıları bir daha qəhrəmanlar dünyasına səyahətə aparıb. Festivalın keçirilməsində məqsəd gəncləri  vətənpərvərlik  ruhunda  tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə  əyani olaraq çatdırmaqdır.

Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncamı imzalanıb. Tədbir sərəncamdan irəli gələn vəzifələri icra etmək məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən  hazırlanmış tədbirlər planına müvafiq keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar