Bu gün “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda MDB ölkələri gənc şərqşünaslarının II qurultayı keçirilir.
Lent. az-ın məlumatına görə, qurultayın açılış mərasimində Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Rusiya EA Şərqşünaslıq İnstitutunun direktor müavini Elqena Molodyakova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva və Beynəlxalq Türk Akademiyasının prezidenti Şakir İbrayev çıxış ediblər.
Sonra plenar iclasda Moskva Dövlət Universiteti Asiya və Afrika ölkələri İnstitutunun prezidenti Mixail Meyer, Rusiya EA Sankt-Peterburq Şərq Əlyazmaları institutunun direktoru İrina Popova, Ukrayna MEA A.Y.Krımski adına Şərqşünaslıq İnstitutunun direktoru Daniil Radivilov, Rusiya EA Şərqşünaslıq İnstitutunun Şərq tarixi şöbəsinin müdiri Dmitri Vasilyev, Latviya Universitetinin professoru Yanis Eşots, Rusiya EA Afrika İnstitutunun aparıcı elmi işçisi Renat Bekkin və s. qonaqların məruzələri dinlənilib.
Tədbirin birinci günündə “Tarixi araşdırmalar”, “Tarixşünaslıq və mənbəşünaslıq” və “Filologiya” bölmələrində müzakirələr aparılıb.
Qurultay sabah davam etdirəcək.