2 iyul, 2013-ci il tarixində saat 19.00 – 21.00 Gazelli Art House (Baki) bütün müasir incəsənət sevərləri tanınmış Rori MakKartni, David Cons və Hyo Myunq Kim Britaniya rəssamlarının sərigisinə dəvət edir. Sərgi 8 sentyabr 2013-ci il tarixinə kimi davam edəcək.
Rori MakKartinın işləri spontan və orqanik formaya malikdir. Boyanın kətan üzərində davranışına nəzarət etmənin mümkünsüzlüyündən yaranan əsərlər 1960-cı illərin pop (estrada) psixodeliyasını və ona zidd olaraq 18-ci əsrin mərmərəbənzər kitab və kağızlarını xatırlamağa məcbur edir.
David Consun işlərinə aşılanmış fikir Barokkodur. Onun orqanik və spontan formalaşdırılmış rəngli boya əsərləri istifadə etdiyi rəssamlıq texnikasının dekadent tərənnümünü ifadə edir. Rəssama öz işi ilə maraqlı və özünəməxsus tərzdə qarşılıqlı fəaliyyət içində olmağa hazır dayanan boyalara qarışıq mürəkkəbli xətlər cavab verirlər.
Hyo Myunq Kim öz təsirini Edvard MuyBric və Etyen-Culz Marey kimi erkən xronofotoqrafların yenilikçi-pioner fikirlərindən alan rəqəmsal media sənətkarıdır. Səs və işıqdan istifadə edərək, zaman və hərəkət fraqmentlərini onların köklərində musiqi və video oyunlar şəklində cazibəli gizlənən rəqəmsal slit-skənlərdə toplayaraq, Hyo Myunq öz vizual və səs təcrübəsinin “xəritəsini” çəkir. Hyo Myunqun işi London İncəsənət Universitetinin daimi kolleksiyasının bir hissəsidir və Slade İncəsənət Məktəbinin MFA (Təsviqi İncəsənət Magistrı) proqramını yenicə bitirdiyinə baxmayaraq, onun işləri geniş ləkildə nümayiş etdirilir.
Gazelli Art House tarixçəsinə nəzər salsaq, kompaniyanın fəlsəfəsinə riayət edərək 2003-cü ildən Gazelli Group-un strukturuna London şəhərində yerləşən Gazelli Art House daxil olub və 2010-cu ildən öz fəaliyətinə Londonda, 2012-cı ildən isə Bakida başlayıb. Qalereya sərgilər, danışıqlar, seminar və ekskursiyalar vasitəsilə rəssamlar, yazıçılar, mütəxəssislər, və tələbələr arasında əlaqələrin yaradılmasının yolunu göstərir. Gazelli Art House qalereyasının təsisçisi Mila Əsgərov müasir incəsənət inkişafına həm Azərbaycanda, həm xaricdə əvəzsiz töhfə verir.