Fransa universiteti Gəncə Dövlət Universiteti ilə müqavilə imzalayıb
03 noyabr 2015 10:54 (UTC +04:00)

Fransa universiteti Gəncə Dövlət Universiteti ilə müqavilə imzalayıb

0

 

Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizamı Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılış mərasimindən sonra bu universitetlə Gəncə Dövlət Universiteti arasında çərçivə müqaviləsi imzalanıb.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çərçivə müqaviləsinin əsas məqsədi Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının gələcək fəaliyyətini müəyyən etmək, Azərbaycan ilə Fransa arasında ədəbiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin inkişafına töhfə verməkdir.

 

Müqaviləyə əsasən hər iki universitet birgə seminarlar, konfranslar təşkil edəcək, tədris və tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək, müəllim və tələbə mübadiləsi həyata keçirəcək.

 

Qeyd edək ki, müqavilə Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff və Azərbaycanın təhsil naziri adından Fransadakı səfirimiz Elçin Əmirbəyov tərəfindən imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar