Təhsil Nazirliyi orta məktəblərdə təhsil alan fiziki qüsurlu şagirdlərin sayını açıqlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, respublika üzrə ümumtəhsil məktəblərində Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə 217 nəfər sağlamlıq imkanları məhdud (həm əqli, həm fiziki cəhətdən) uşaq təhsilə cəlb olunub.
Nazirlik təyinat məsələsinə də aydınlıq gətirib. Nazirlikdən verilən xəbər də o da qeyd olunur ki, hazırda ali təhsil müəssisələri təyinat vermir. Dünyada işlə təmin olunma sahəsində təyinat sistemi mövcud deyil.