FHN 9 ay ərzində baş verən hadisələrin statistikasını açıqlayıb
20 oktyabr 2014 17:49 (UTC +04:00)

FHN 9 ay ərzində baş verən hadisələrin statistikasını açıqlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin 9 ayı ərzində ölkədə baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, 2014-cü ilin 9 ayı  ərzində respublika ərazisində 9 min 828 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 min 495 hadisə və ya 34 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 50 nəfər həlak olub, 123 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 17 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub.

 

2014-cü ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə  operativ olaraq 9 min 691 çıxış edilib. Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlara görə 1800, açıq sahələrdə yanğınlara görə 6 min 101, meşə və meşə talalarında yanğınlara görə 38 çıxış, nəqliyyat vasitələrində yanğınlara görə 289 çıxış, digər yanğınlara görə isə 1463 çıxış təşkil edilib.

 

Yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 82 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 6 nəfər və ya 13 faiz az, xəsarət alanların sayı isə 25 nəfər və ya 44 faiz çoxdur.

 

2014-cü ilin 9 ayı ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və ya 17 faiz çoxdur. Partlayışlar zamanı 9 nəfər həlak olub, 40 nəfər xəsarət alıb.

# 628
avatar

Oxşar yazılar

Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22