Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:
9.9-cu bənddən “aparatının hərbi qulluqçularının,” sözləri çıxarılsın, “digər işçilərinin” sözləri “işçilərinin” sözü ilə əvəz edilsin;
12-ci hissə aşağıdakı redaksiyada verilsin:
“Agentliyin aparatının, strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçiləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.”.
13-cü hissədən “mülki” sözü çıxarılsın;
14-cü hissədən “Agentliyin aparatının hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən,” və “isə” sözləri çıxarılsın;
17-ci hissə ləğv edilsin;
22.3-cü bənddən “hərbi qulluqçularının və sisteminə daxil olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin mülki” sözləri “ , strukturuna daxil olan və tabeliyində olan bölmələrinin” sözləri ilə əvəz edilsin.