Fəlsəfə üzrə doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
30 noyabr 2015 13:47 (UTC +04:00)

Fəlsəfə üzrə doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

 

Fəlsəfə fənnindən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanının nəticələri açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının ( AMEA) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda 82-si Azərbaycan, 8-i isə rus bölməsi olmaqla 90 nəfər iştirak edib. Onlardan 29 nəfəri imtahandan 5 (əla ) qiyməti alıb.

 

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları Akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar