Yağış yağacaq – <span style="color:red;">Sabahın havası
28 oktyabr 2015 12:29 (UTC +04:00)

Yağış yağacaq – Sabahın havası

 

Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 12-15 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir,  bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.               

Havanın temperaturu Aran rayonlarında gecə 9-12, gündüz 12-16 dərəcə, dağlıq rayonlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327

Oxşar yazılar