Erkən nikahlarla bağlı 35 cinayət işi açılıb
20 noyabr 2015 17:47 (UTC +04:00)

Erkən nikahlarla bağlı 35 cinayət işi açılıb

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri üzrə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iştirakı ilə tədbir keçirib.

 

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Onun sözlərinə görə, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyalara malikdirlər. S. Qəhrəmanova erkən nikah faktlarına qarşı mübarizənin əhəmiyyətini vurğulayaraq, bu məsələ ilə bağlı 500-ə yaxın fakt aşkarlandığını qeyd edib: "Erkən nikahlar əsasən Bakı kəndlərinə qeydə alınır. Bu faktlarla bağlı 35 cinayət işi açılıb".

 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov isə qeyd edib ki, hüquq-mühafizə orqanlarına erkən nikah və məişət zorakılığı ilə bağlı daxil olmuş müraciətlər araşdırılır: “Təəssüflər olsun ki, erkən nikah faktları ilə bağlı polisə və icra nümayəndəsinə məlumat verilmir. Kənd icra nümayəndələri bu problemləri də həll etməlidirlər. Bu gün azyaşlılara qarşı 470 cinayətdən 133-ü zorakılıqla bağlı olub. 2015-ci ilin 9 ayı ərzində erkən nikahlarla bağlı 41 fakt qeydə alınıb və bunun da 15-dən çoxuna cinayət işi açılıb".

# 205
avatar

Oxşar yazılar

 Leysan, qar, külək   - Sabahın HAVASI

Leysan, qar, külək - Sabahın HAVASI

21 may 2024 , 12:10
Cavanşir körpüsü hazırda - FOTO

Cavanşir körpüsü hazırda - FOTO

21 may 2024 , 10:02
Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

21 may 2024 , 09:16
TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48