Ərəb Əmirliklərindən Azərbaycana turist sayı 22 dəfə çoxalıb
25 aprel 2017 11:07 (UTC +04:00)

Ərəb Əmirliklərindən Azərbaycana turist sayı 22 dəfə çoxalıb

“2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib”. 

 

APA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov deyib. Onun sözlərinə görə, Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına töhfəsini verib.

 

 “Körfəz ölkələri və Çin, Koreya, Yaponiya, Malayziya, Sinqapurla münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsiri göstərib. Bu ölkələrin əksəriyyətindən ölkəmizə gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib” - deyə, o qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

APA Baycan

Oxşar yazılar