Elmar Məmmədyarov Mari Skare ilə görüşüb
31 may 2013 17:00 (UTC +04:00)

Elmar Məmmədyarov Mari Skare ilə görüşüb

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Qadınlar, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Mari Skareni qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, görüşdə NATO- Azərbaycan əməkdaşlığı, xüsusilə də qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində əməkdaşlıq imkanları, Azərbaycanın NATO-nun Əfqanıstanda sivil quruculuq və dövlət institutlarının möhkəmləndirilməsi səylərinə verdiyi töhfə ətrafında fikir mübadiləsi aparılıb.

 

Elmar Məmmədyarov gender bərabərliyinin təmin olunmasının və cəmiyyətdə qadınların rolunun mühüm əhəmiyyət kəsb etdiyini söyləyib və Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən söz açıb. Xarici işlər naziri bu istiqamətdə ölkəmizin öz təcrübəsini bölüşməyə və NATO ilə bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. 

 

Mari Skare öz növbəsində ölkəmizə səfərdən məmnunluğunu bildirib və NATO-nun mühüm tərəfdaş ölkə kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. O, Azərbaycanın qadın hüquqlarının və gender bərabərliyi sahələrində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, ölkəmizlə bu sahədə əməkdaşlığın faydalı olacağını bildirib. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qadın hüquqları və gender bərabərliyi məsələlərinin daim diqqətdə saxlanılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493
avatar

Oxşar yazılar