Elmar Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbərini qəbul etdi
29 avqust 2013 17:39 (UTC +04:00)

Elmar Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbərini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Tana de Zuluetonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi durum və seçkiləri müşahidə etmək üçün beynəlxalq və yerli müşahidəçilər üçün yaradılmış şərait müzakirə edilib.

Elmar Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən lazımı şəraitin yaradıldığını və ölkəsinin əməkdaşlığa hazır olduğunu bildirib. Tana de Zulueto Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinq proqramı və müşahidə missiyasının tərkibi, eləcə də qısa və uzunmüddətli missiyalar haqqında məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325
avatar

Oxşar yazılar