Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində sağlamlıq imkanları məhdud uşaqların psixo-fiziki inkişafına dəstək Mərkəzinin açılışı olub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Mərkəz “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək” İctimai Birliyi tərəfindən yaradılıb.
Mərkəzin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud, 18 yaşadək uşaqların reabilitasiyasının yalnız tibbi üsullarla (dərman, aparat fizioterapiyası və s. istifadə edilməklə) deyil, müasir metodlar əsasında aparmaqdır. Belə reabilitasiya metodları həmin uşaqlar üçün ənənəvi reabilitasiyadan daha effektiv təsir göstərir.