Həlak olan polis ötən ay ata olubmuş
27 noyabr 2015 13:09 (UTC +04:00)

Həlak olan polis ötən ay ata olubmuş

Nardarandakı toqquşmada həlak olan polislərdən biri dindar olub. Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, həlak olan polis Tağıyev İsmayıl Rəsul oğlu DİN-in əməliyyatçısı imiş. Onun iki övladı var, onlardan biri ötən ay dünyaya gəlib.

 

Məlum olub ki, İsmayıl toqquşma zamanı ayağından yaralanıb. Onu hadisə baş verən evdən vaxtında çıxarmaq mümkün olmayıb. Bu səbəbdən o, qanaxmadan dünyasını dəyişib.

 

Mərhum polis əməkdaşı ilə vida mərasimi əvvəllər yaşadığı Xırdalan şəhərindəki evdə keçirilir. O, bu gün II Fəxri Xiyabanda dəfn edilib.

 

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar