Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2015-ci ilin yanvar-avqust ayları ərzində ETSN-nin “Qaynar xətt”inə daxil olan şikayətlərin ümumi sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ETSN-nin 24 saat fəaliyyət göstərən 168 saylı “Qaynar xətt”inə 2015-ci ilin yanvar-avqust ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar 2482 şikayət daxil olub.