DSMF pensiya kartları ilə bağlı məsələyə aydınlıq gətirdi
23 iyul 2015 15:37 (UTC +04:00)

DSMF pensiya kartları ilə bağlı məsələyə aydınlıq gətirdi

 

Son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər daxil olub.

 

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, pensiyaların ödənilməsi bu məqsədlə elan olunmuş tenderdə qalib gəlmiş banklarla bağlanmış müqavilələr əsasında həyata keçirilir və xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur.

 

 

Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar