DSMF Naftalanda regional vətəndaş forumu keçirib
06 noyabr 2015 12:09 (UTC +04:00)

DSMF Naftalanda regional vətəndaş forumu keçirib

 

Dövlət Sosial Müdafiə Fondu Naftalan şəhərində “Vətəndaş müraciətləri ilə iş” mövzusunda regional  “Açıq qapı günü” - vətəndaş forumu keçirib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbirdə Naftalan şəhərindən və Goranboy, Xocalı, Tərtər, Bərdə rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.


Diskussiya şəraitində davam etdirilən forumda Fondun şöbə müdiri Famil Qədimov iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirərək qeyd edib ki, dövlət başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ya əsasən, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb. 2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata  əsasən, Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökümət” portalı və “Hökumət Ödəniş Portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.
 

F. Qədimov vətəndaşların müraciətlərinə elektron qaydada baxılmasının üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə reallaşdırıldığını diqqətə çatdırıb.

Forumda qeyd edilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası” çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar