DSMF-ya vətəndaş müraciətləri 28 faiz azalıb 
02 noyabr 2015 10:21 (UTC +04:00)

DSMF-ya vətəndaş müraciətləri 28 faiz azalıb 

 

2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata  əsasən, Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökümət” portalı və “Hökumət Ödəniş Portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu, 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

 

Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar