DSMF-da Xocalı soyqırımının ildönümü qeyd edilib
25 fevral 2016 13:23 (UTC +04:00)

DSMF-da Xocalı soyqırımının ildönümü qeyd edilib

0

 

Dövlət Sosial Müdafiə Fondunda Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

DSMF-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə  soyqırımın qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan DSMF sədri Elman Mehdiyev Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməkliyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 nəfər qoca qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.  O bildirib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı «Xocalı soyqırımı günü» elan edilib.

 

Tədbirdə bildirilib ki,  Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş «Xocalıya ədalət» beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir. Görülmüş işlərin nəticəsi olaraq ayrı-ayrı ölkələr tərəfindən bu faciənin soyqırım aktı kimi tanınması barədə qətnamələr qəbul edilib.

 

Mərasimdə erməni millətçilərinin təcavüzü nəticəsində Xocalıda əlil olan, ailə başçısını itirən soydaşlarımızın sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə də məlumat verilib və anım mərasimində Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 535

Oxşar yazılar