DSMF-ya vətəndaş müraciətləri 27 faiz azalıb
09 oktyabr 2015 15:19 (UTC +04:00)

DSMF-ya vətəndaş müraciətləri 27 faiz azalıb

Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən istifadə sayı 2 dəfədən çox artıb, vətəndaş müraciətləri isə 27 faiz azalıb.

Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Fondun öz saytı, “Elektron hökümət portalı” və “Elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çoxdur.

Bu barədə məlumat verən Fondun sədr müavini Zakir Babayev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar