Dövlət Komitəsindən Nuhbala Rəhimovla bağlı rəsmi açıqlama
11 dekabr 2015 15:50 (UTC +04:00)

Dövlət Komitəsindən Nuhbala Rəhimovla bağlı rəsmi açıqlama

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimi kimi təqdim olunan Nuhbala Rəhimovla bağlı rəsmi məlumat yayıb.

 

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumta görə, N. Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N. Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur: "Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143

Oxşar yazılar