Dövlət komitəsində bəzi qurumların statusu dəyişdiriləcək
10 fevral 2016 13:32 (UTC +04:00)

Dövlət komitəsində bəzi qurumların statusu dəyişdiriləcək

0

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan bir sıra qurumların hüquqi statusunu dəyişilməsi ilə bağlı təkliflər hazırlanır.

 

Lent.az-ın məlumatına görə, bunu Komitənin aparat rəhbəri Arif Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.

 

A.Əşrəfov bildirib ki,  bunun əsas məqsədi dövlət büdcəsindən bu sahələrə ayrılan vəsaitə qənaət edilərək özünü maliyyələşdirmə mexanizmləri tətbiq etmək, bununla da yeni iş yerlərinin açılması, regionlarda bu fəaliyyət sahələri ilə məşğul olan potensial işçi qüvvəsinin formalaşması və beləliklə, sahələr üzrə müasir tələblər səviyyəsində işin qurularaq inkişaf etdirilməsidir. Artıq bununla bağlı Komitə rəhbərliyinin tapşırıqları olub, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) kadr potensialının genişləndirilməsi, regionlarda fəaliyyətinin artırılması üzrə işlər görülür. Hazırda AzTEST-də 70-ədək daimi iş yerinin açılması prosesi həyata keçirilir.

 

Xatırladaq ki, "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Prezidentin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanına əsasən struktura daxil olan ərazi sınaq və sertifikatlaşdırma idarələri ləğv edilib, sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə, sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsi təmin edilib. Bu Fərmandan irəli gələrək görülmüş işlərin nəticəsidir ki, qısa müddətdə uyğunluğun qiymətləndirilməsi xidməti göstərmək üçün maraqlı təşkilatların sayı artmış, bu sahədə libarallaşma, həmçinin rəqabət mühiti yaranıb. Sertifikatlaşdırma və kalibrləmə fəaliyyəti dövlət qurumunun inhisarından çıxarılmaqla sahibkarlarla bu xidməti göstərən özəl təşkilatlar arasında sıx əməkdaşlıq qurulub,  münasibətlər bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşmış və nəticədə məhsul və malların istehsalında, xidmətlərin göstərilməsində müasir standartların tətbiqi imkanları genişlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar