Dövlət Komitəsi 70 yeni iş yeri açır
10 fevral 2016 11:31 (UTC +04:00)

Dövlət Komitəsi 70 yeni iş yeri açır

0

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində 70 yeni iş yeri açılacaq.

 

"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransındaStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Arif Əşrəfov bildirib.

 

A. Əşrəfovun sözlərinə görə, yeni iş yerlərinin 40-ı regionlarda, 30-u isə Bakıda açılacaq:

 

"Bu iş yerlərinə cəlb olunan işçilərin maaşları çox yüksək olacaq. Regionlarda çalışanların əmək haqlarının təqribən 300 manat, Bakıda isə daha yüksək olacağı nəzərdə tutulub. Bura sertifikatlaşdırma və kalibrləmə üzrə mütəxəssislər çalışacaq. Onlar test keçərək lisenziya alacaqlar. Yeni iş yerlərinin məqsədi "AzTest" qurumunun fəaliyyətini genişləndirməkdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar