<b>"Yardım edəcəyinizə əmin idim" -</b> <span style="color:red;">Prezidentə təşəkkür məktubu
10 iyun 2016 14:41 (UTC +04:00)

"Yardım edəcəyinizə əmin idim" - Prezidentə təşəkkür məktubu

0

 

 

Ağdam rayonundan olan məcburi köçkün Mehrəliyeva Yeganə Şirxan qızı prezident İlham Əliyevə ona və ailəsinə edilən yardım üçün təşəkkür edib.  

Y. Mehrəliyevanın Lent.az-a ünvanladığı müraciətdə deyilir:

 

Hörmətli cənab Prezident!

 

20 ildən çoxdur ki, 1 milyondan artıq soydaşımızla bərabər mən də qaçqınlıq həyatı yaşayıram. Bu günə kimi çox çətinliklərlə üzləşmişik. Amma işğal altında olan əzəli torpaqlarımızın azad ediləcəyinə, tarixi qələbə qazanacağımıza olan ümidimizi heç zaman  itirməmişik! Bəlkə də elə bu günə kimi mənə yaşamağa güc verən məhz bu inam hissi və dövlətimizin qaçqınlıq həyatı yaşamağa məhkum olan soydaşlarımıza göstərdiyi qayğı olub. Məcburi köçkün olaraq bu diqqət və qayğının şəxsən özüm şahidi olmuşam. Bu müraciəti ünvanlamaqda məqsədim də ailəmə qarşı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Cənab Prezident!

 

1993-cü ildə doğma yurd-yuvamızdan didərgin düşdükdən sonra ailəmlə birgə Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşdıq. 2013-cü ildə isə Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yerləşdik. 2014-cü ilə kimi həyat yoldaşım çox çətinliklə də olsa, ailəmizi birtəhər dolandırırdı. Lakin həmin ildə baş vermiş avtomobil qəzasında həyat yoldaşımı və bir oğlumu itirdikdən sonra çətin günlərimiz başladı. Digər oğlumun daimi iş yerinin olmaması bizi ciddi maddi sıxıntılarla üz-üzə qoydu. Vəziyyətdən çıxış yolunu Sizə müraciət edib kömək istəməkdə gördüm.

 

Bu ilin fevralında Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsini ziyarət edərkən adınıza ünvanlanmış müraciəti Sizə çatdırdım. Həmin məktubda oğlum Mehrəliyev Turalın daimi işlə təmin olunması ilə əlaqədar müvafiq göstəriş verməyinizi xahiş edirdim. Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza göstərdiyiniz diqqət və qayğını hər zaman görmüşəm. Odur ki, bizim də ailəmizə yardım edəcəyinizə əmin idim. Belə də oldu. Həmin müraciətdən bir neçə gün sonra oğlumla Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin kadrlar şöbəsinin əməkdaşları əlaqə saxladılar. Onu idarəyə çağırıb iş təklif etdilər. Beləcə, may ayından Tural Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında nəzarətçi kimi işə başladı. Hazırda ədliyyə kiçik çavuşu olan Tural işindən və birgə çalışdığı kollektivdən çox razıdır. Bir ana kimi onu iş-güc sahibi olaraq görmək məni xoşbəxt edir.

 

Cənab Prezident!

Ailəmizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hər bir azərbaycanlı kimi mən də Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyir, torpaqlarımızın azadlığı uğrunda vətənpərvər ruhda böyütdüyüm, gözümün ağı-qarası olan yeganə övladımı savaşa yola salmağa həmişə hazıram. Tanrı Sizi bizə çox görməsin!

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar