Doktoranturaya qəbul üçün test sualları təsdiq edildi
04 noyabr 2015 17:01 (UTC +04:00)

Doktoranturaya qəbul üçün test sualları təsdiq edildi

0

 

Azərbaycan Milli Elmlər Akademiyası Akademiyanın elmi müəssisələri tərəfindən hazırlanmış fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları üçün fənn proqramları və müvafiq ixtisas fənləri üzrə test suallarını təsdiq edib.

 

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, AMEA-nın elmi müəssisələrinə ixtisas fənləri üzrə proqramlarının iddiaçılara verilməsi, rus dilində imtahan verənlər üçün test suallarının tərcümə edilməsi, doktoranturaya qəbul və doktorluq imtahanlarının şəffaf və obyektiv keçirilməsini təmin etmək tapşırılıb.  Bundan başqa,  imtahan komissiyalarının tərkibi, imtahanların keçirilmə tarixi, vaxtı və yeri barədə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinə qabaqcadan məlumat verilməsi qeyd olunub.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutuna isə  doktoranturaya qəbul və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün AMEA-nın elmi müəssisələrinə texniki yardım göstərilməsi tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar