Doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlandı
16 noyabr 2015 15:38 (UTC +04:00)

Doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlandı

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın elmi müəssisələrinin doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili və  keçirilməsi ilə bağlı iclas keçirilib.

 

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Elm və Təhsil İdarəsinin rəisi  Əminağa Sadıqov qeyd edib ki, iclasın AMEA-da kadr hazırlığının təkmilləşdirilməsi ilə birbaşa əlaqəsi var. Belə ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” qərar qəbul edib. Qərarın icrası ilə əlaqədar doktoranturaya qəbul imtahanları noyabrın 16-dan dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək.


Ə.Sadıqov diqqətə çatdırıb ki, fəlsəfə fənni üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının qəbul edilməsi məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə imtahan komissiyası yaradılıb və Komissiyaya AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev sədrlik edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar