Doğum şəhadətnaməsinin surətini almaq asanlaşdı
18 sentyabr 2013 10:07 (UTC +04:00)

Doğum şəhadətnaməsinin surətini almaq asanlaşdı

 

Bundan sonra valideynlər doğumla bağlı şəhadətnaməni daha asan yolla ala biləcəklər.

 

Lent.az-ın verdiyi məlumata görə, Səhiyyə Nazirliyi “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi adlı növbəti elektron xidmətini  “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verib.

 

Xidmətdən istifadə etmək üçün portala giriş edərək, nazirliyin müvafiq bölməsinə daxil olmaq lazımdır. Həmin bölmədən sözügedən elektron xidməti seçdikdən sonra valideynin (ananın) yeni doğulmuş övladı haqqında şəhadətnamə surətini əldə etməsi mümkündür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1292
avatar

Oxşar yazılar