Dəniz Balıq Sənayesi Kollecinin adı dəyişdirildi
27 may 2016 10:26 (UTC +04:00)

Dəniz Balıq Sənayesi Kollecinin adı dəyişdirildi

0

Nazirlər Kabineti Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci ilə bağlı bəzi məsələlər barədə qərar qəbul edib.

 

Lent.az-ın məlumatına görə qərara əsasən ,  Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə isə  Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

 

Qeyd edək ki, qərar  2016-cı il 1 sentyabr tarixindən qüvvəyə minir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1061

Oxşar yazılar