Dəmir Yolları sərnişin çoxluğundan, avtovağzal isə sərnişin qıtlığından narahatdır
13 sentyabr 2013 12:18 (UTC +04:00)

Dəmir Yolları sərnişin çoxluğundan, avtovağzal isə sərnişin qıtlığından narahatdır

Bir neçə gündən sonra yeni dərs ili başlayır. Yeni tədris ilinin başlaması isə adətən sərnişindaşımada müəyyən problemlərə yol açır. Bəs görəsən, sərnişindaşıma ilə məşğul olan qurumlar gücləndirilmiş iş rejiminə keçəcəklərmi?

 

 “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov Lent.az-a açıqlamasında bildirib ki, yeni tədris ilinin başlaması ilə bağlı dəmir yolu gücləndirilmiş iş rejiminə keçəcək: “Sentyabrın 14 və 15-i sərnişinlərin sıxlığını nəzərə alaraq, qatarlara əlavə vaqonlar qoşulacaq”. N. Əzməmmədovun sözlərinə görə, əlavə vaqonlar əsasən Qərb istiqaməti üzrə gedən qatarlara qoşulacaq. “Gücləndirilmiş iş rejimi yalnız iki gün (14-15 sentyabr) tarixlərində tətbiq olunacaq”.

 

Maraqlıdır ki, Bakı Beynəlxalq Avtovağzalı sərnişinlərin sayının azalacağından narahatdır. Avtovağzalın informasiya şöbəsinin müdiri Sultan Həsənov Lent.az-a açıqlamasında bildirib ki, sentyabrın 10-dan sonra sərnişinlərin sayında azalma müşahidə olunur: “Buna görə də xətlərə əlavə avtobusların cəlb olunmasına ehtiyac yoxdur. Əgər rayonlardan bizə əlavə avtobusların göndərilməsi ilə bağlı müraciət olunursa, o zaman avtobuslar göndərə bilərik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar