Daşkəsən Elektrik Şəbəkəsində yenidənqurma işləri davam edir
27 aprel 2017 12:43 (UTC +04:00)

Daşkəsən Elektrik Şəbəkəsində yenidənqurma işləri davam edir

 

 

Daşkəsən rayonunun fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır.

 

“Azərişıq “ ASC-dən Lent.az-a verilən məlumata görə, rayon mərkəzi, qəsəbə və kəndlərdə olan Elektrik Verilişi Xətlərində və Yarımstansiyalarda 2017-ci il üçün nəzərdə tutulmuş tikinti – quraşdırma , yenidənqurma , əsaslı və cari təmir işlərinin bir qismi yerinə yetirilib.

 

Rayonun sərt iqlim şəraiti olan dağlıq ərazidə yerləşməsinə baxmayaraq 3 ay ərzində 2.0 km 6 kV-luq və 1.2 km 0.4 kV-luq Elektrik Veriliş Xətlərində təmir - bərpa və cari təmir işləri aparılıb, 7 ədəd 6 kV-luq , 28 ədəd 0.4 kV- luq çürümüş , istismara yararsız ağac dayaq yeni metal boru dayaqla dəyişdirilib, 1810 m zədələnərək yararsız hala düşmüş müxtəlif markalı aluminium naqil yenisi ilə əvəz edilib. Bütün istismarda olan xətlərdə qabarit pozulmasının aradan qaldırılması və qarşısının alınması məqsədi ilə 29 ədəd əyilmiş dayaqlar düzəldilib , təbii fəlakət zamanı yıxılmış 12 ədəd dayaq yerində bərpa olunub, 7 ədəd sel tutarında və sürüşmə ehtimalı olan ərazidəki ağac dayağın yeri dəyişdirilib və 2.1 km hava xəttində sallanmış naqillər tarımlanıb , 44 ədəd sınmış izolyator dəyişdirilib.

 

İlk üç ay ərzində 10-6 / 0.4 kV-luq 20 ədəd y/st-da profilaktik təmir işləri aparılıb,  transformatorlar və yarımstansiyaların avadanlıqları yerində cari təmir olunub.

 

İnvestisiya Proqramı əsasında rayonun qaçqın və məcburi köçkünlərin kompakt məskunlaşdığı 5 kəndi elektrik enerjisi ilə təmin edən 6 kV-luq Quşçu EVX –nin yenidənqurulması nəzərdə tutulub.

 

Rayonda I rüb ərzində istifadə olunan elektrik enerjisinin uçotunun dəqiqləşdirilməsi üçün 73 ədəd balans sayğacı quraşdırılıb. Elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması məqsədilə 186 abonentin elektrik sayğacı həyətyanı sahələrdən kənarlaşdırılıb, 300-ə qədər abonentin köhnə tipli sayğacı yeni müasir tipli elektron sayğacla əvəz olunub.  Sayğacların həyətyanı sahələrdən kənarlaşdırılması və qanunsuz istifadə hallarının qarşısının alınması üçün magistral xətlərin kabelləşdirilməsi üçün üç ay ərzində 1570 m müxtəlif markalı kabel xətti çəkilib.  EEİQ -nı pozan

81 abonentə cərimə aktı tərtib olunub,  143.600 kVt.s itirilmiş elektrik enerjisi bərpa olunub.

 

I Rüb ərzində görülmüş tədbirlər, vaxtaşırı reydlərin keçirilməsi nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2017 – ci ilin I rübü ərzində 2.535.000 kVt.s elektrik enerjisinə qənaət edilib, istehlak olunan elektrik enerjisinin dəyərinin toplanmasında müsbət nəticələr əldə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar