Daha bir nazir Şəkiyə gedir
29 avqust 2013 11:37 (UTC +04:00)

Daha bir nazir Şəkiyə gedir

Səhiyyə naziri Oqtay Şirəliyev sabah vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki nazir avqustun 30-u, saat 14:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının yeni korpusunda vətəndaşlar üçün qəbul keçirəcək. Qəbulda Şəki, habelə ətraf rayonlardan olan Balakən, Zaqatala, Oğuz, Qax  və Qəbələ  rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qeyd edək ki, nazirin qəbulunda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.  Qəbula yazılmaq istəyən vətəndaşlar Şəki Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar