<b>Daha 1427 dərman vasitəsinin qiyməti təsdiqləndi</b>
05 aprel 2016 18:45 (UTC +04:00)

Daha 1427 dərman vasitəsinin qiyməti təsdiqləndi

 

Bu gün Tarif (qiymət) Şurasının keçirilən növbəti iclasında daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənib.

 

Tarif Şurasının mətbuat xidmətindən Lent.az-a  verilən məlumata görə, ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.  Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir. Bunlardan 5741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.

 

Bildirək ki, qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

 

Nəzərinizə çatdıraq ki, həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin  qiymətləri endirilib.

 

Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix cari ilin aprel ayının 22-si müəyyən edilib.

 

Qeyd edək ki, qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilib(keçid http://tariff.gov.az/documents/N5-Ə1.pdf ).

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar