Dağ çaylarında suyun səviyyəsi artıb
10 iyun 2013 12:55 (UTC +04:00)

Dağ çaylarında suyun səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçən günlər ərzində arabir yağan yağışlar nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyəsində 8-10 sm, Kiçik Qafqazın çaylarında 1-3 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 7-11 sm artım qeydə alınıb.

 

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
 

İyunun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 188 m3/s olmaqla, ongünlük normanın 31 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici ongünlük normanın 37 faizini təşkil edib. Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 55 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 218 m3/s olmaqla, ongünlük normanın 111 faizini təşkil edir. 2012-ci ildə bu göstərici ongünlük normanın 81 faizinə bərabər olub.


Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişikliklər müşahidə olunmayıb. Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsində 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda 10 sm, Bankədə 4 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 425 sm, Şirvanda 301 sm, Salyanda 260 sm, Bankədə 241 sm, Araz çayının Novruzlu məntəqəsində isə 180 sm təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448
avatar

Oxşar yazılar