Çürüyən uşaqlarla bağlı yeni açıqlama
18 sentyabr 2013 16:20 (UTC +04:00)

Çürüyən uşaqlarla bağlı yeni açıqlama

Bədənləri çürüdüyü üçün Ağdamdan Bakıya gətirilən bacı-qardaşın vəziyyəti pisdir. 

3 saylı Uşaq dəri – zöhrəvi dispanserinin həkim dermatoloqu Hüseynova Vüsalə ANS PRESS-ə açıqlamasında artıq uşaqların əl və ayaqlarının dərisində birləşmə getdiyini deyib. Onun sözlərinə görə, 14 yaşlı Akif və 4 yaşlı Dilarə Məmmədovaların səhhətində irəliləyiş yoxdur. "Başlarında dazlaşma ocaları yaranır. Uşaqların hər ikisinin saçları və dırnaqları tökülməyə başlayıb. Karyes nəticəsində uşaqların dişləri çürüyərək tökülür”. 

V.Hüseynovanın sözlərinə görə, uşaqlar xəstəxanaya anadangəlmə xəstəlik olan bluzon epidermoloji distrofik forma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaqların hər ikisinin bədənində çoxlu suluqlar var. Bu suluqlar şişir və içi qan və laxtalı mayelərlə dolur.
Təmizlənən suluqların yerində “çürüməyə oxşar qovuqlar” əmələ gəlir.

Həkimin sözlərinə görə, Akifin əli-ayaqların dərisi birləşib və bədənini daxilində müxtəlif xəstəliklər meydana çıxmağa başlayıb. Balaca Dilarənin isə yaşı az olduğu üçün bədənində az dəyişiklik müşahidə olunur.

“Biz Almaniya,Türkiyə, İngiltərə kimi xarici ölkələrinin klinikaları ilə maraqlanmışıq. Amma gəlinən tək fikir budur ki, xəstəlik irsidir yalnız ona öyrəşib, həyatlarına davam etmək lazımdır. Dünyanın harasına aparsalar da yenə sağalda bilməyəcəklər .”

Uşaqları görmək və anaları ilə söhbətləşmək istəsək də dayıları Qabil Məmmədov buna icazə vermədi. Həkimlərin sözlərinə görə, yoldaşını da bu yaxınlarda itirən ananın psixologiyasında müəyyən dəyişikliklər əmələ gəlib. O, hərəkətlərinə nəzarət etməkdə çətinlik çəkir. 

Xatırladaq ki, Ağdamın Çıraqlı kəndinin sakinləri olan 4 yaşlı Dilarə ilə qardaşı 14 yaşlı Akif Səhiyyə Nazirliyinin göstərişi ilə sentyabr ayının 4-dən etibarən Bakıda müalicələrini davam etdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar