Noyabrın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 11-14 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlədə yağış yağacağı gözlənilir, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 4-9, gündüz 10-15 dərəcə, dağlıq rayonlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.
Noyabrın 7-9-da Abşeron yarımadasında meteoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yardan bilər.