"Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev yeni vəzifəyə seçilib.
Lent.az-ın "report"a istinadən xəbərinə görə, yazıçı deyib ki, bundan sonra Qara dəniz və Xəzər dənizi ölkələrinin Beynəlxalq Tərəfdaşlıq və Əməkdaşlıq Fondunun prezidenti vəzifəsini icra edəcək: "Mayın 23-də Bakıda fondun toplantısı keçiriləcək və mənimlə bağlı məsələ hüquqi baxımdan təsdiqlənərək qüvvəyə minəcək. Bundan sonra vəzifəmin icrasına başlayacam".
Qeyd edək ki, Ç.Abdullayev eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin katibi, İnterpolun fəxri səfiridir.