Cinayət Məcəlləsinə yeni maddə əlavə edildi
25 may 2015 16:58 (UTC +04:00)

Cinayət Məcəlləsinə yeni maddə əlavə edildi

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklərlə bağlı qanunu təsdiqləyib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 318-2-ci maddə əlavə edilib:

 

“Maddə 318-2. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi

 

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi -

 

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar