Həbsxanalarda səsvermə keçirilib
01 noyabr 2015 14:54 (UTC +04:00)

Həbsxanalarda səsvermə keçirilib

“Cəzaçəkmə müəssisələrində keçirilən səsvermədə hər hansı qanun pozuntusu aşkarlanmayıb”. Bunu APA-ya Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Rəşid Rumzadə deyib.

 

O bildirib ki, cəzaçəkmə müəssisələrində səsvermə tam normal qaydada davam edir.

 

MPQ-nun rəhbəri qeyd edib ki, Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrindəki səsvermə ilə bağlı vaxtaşırı məlumat verirlər: “Bütün cəzaçəkmə müəssisələrində məhkumlar tam sərbəst şəkildə müvəqqəti seçki məntəqələrinə yaxınlaşaraq öz səslərini verirlər. Səsvermə prosesi normal şəkildə davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar