Təhsil Nazirliyi yeni təyinatlarla bağlı Lent.az-ın rəsmi sorğusunu cavablandırıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Cəsarət Valehov İnformasiya şöbəsinin müdir müavini və həmin şöbənin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri təyin edilib.
Təhsil Nazirliyinin ləğv olunmuş İctimaiyyətlə əlaqə şöbəsinin sabiq müdiri, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə həmin qəzetə rəhbərliyini davam etdirəcək.