21 dərəcə isti, külək – <span style="color:red;">Sabahın havası
05 noyabr 2015 12:33 (UTC +04:00)

21 dərəcə isti, külək – Sabahın havası

0

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, axşam buludluluq artacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 13-16 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək,  gecə və səhər bəzi yerlərdə duman olacaq.  Şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 6-11, gündüz 16-21 dərəcə, dağlıq rayonlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar