Noyabrın 11-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 13-16 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 4-9, gündüz 12-17 dərəcə, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Noyabrın 11-13- də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən giləvar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.