Bu prospektdə motosikletə qadağa qoyuldu
31 oktyabr 2015 01:40 (UTC +04:00)

Bu prospektdə motosikletə qadağa qoyuldu

0

Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektində motosikletlərin hərəkətinə qadağa qoyulub.

 

“Qafqazinfo”nun avtosfer.az-a istinadən məlumatına görə, “Azneft” daiəsindən sağa – Bayıl istiqamətinə dönəndə, daha sonra isə köhnə “İnturist”in qarşısında motosikletin hərəkətini qadağan edən yol nişanları qoyulub.

 

Bundan əlavə, həmin yolun əks tərəfində – Əl Oyunları İdman Sarayının qarşısında da “Azneft” istiqamətinə motosikletlərin hərəkətini qadağan edən yol nişanı var.

 

Bu o deməkdir ki, Neftçilər prospektində motosikletlərin hərəkəti tam qadağan edilir. Bu nişanların tələbini pozan motosiklet sürücülərini 40 manat cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar