"Bu il qəbul imtahanında 8 656 nəfər müəllimlik ixtisasını seçib. Onlardan 1 269 nəfəri 500 və 500-dən artıq bal toplayıb. Bu isə ötən illə müqayisədə 5 faiz çoxdur”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bu gün Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, müəllimlərin motivasiya edilməsi üçün “Gələcəyin müəllimi” layihəsi davam etdiriləcək . Bu il müəllimlik ixtisasını seçən 300 nəfər “Gələcəyin müəllimi” təqaüdü alacaq.
Bakı məktəblərinin bufetlərindəki vəziyyətə toxunan C.Valehov deyib ki, məktəb bufetlərində sanitar və epidemiologiya qurumlarla birgə monitorinqlər aparılır: “Məktəb bufetlərində nələr satıla bilər, nələr satıla bilməz, bunların monitorinqi aparılır. Monitorinqlərin nəticələrinə uyğun qərar veriləcək”.