<b>Eksternat imtahanları başlayıb</b>
11 may 2016 10:27 (UTC +04:00)

Eksternat imtahanları başlayıb

0

 

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq.

 

Bildirək ki,  eksternat qaydasında imtahan vermək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 533 nəfər müraciət edib.

İmtahanlar 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün 2 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin və buraxılış vərəqəsinin  gətirilməsi vacibdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar