Böyük Britaniya səfiri media nümayəndələri ilə görüşdü
03 may 2017 15:06 (UTC +04:00)

Böyük Britaniya səfiri media nümayəndələri ilə görüşdü

0
Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə media rəhbərləri və nümayəndələri ilə görüş keçirib.
 
APA-nın məlumatına görə, görüşdə çıxış edən səfir deyib ki, UNESCO-nun Baş Konfransının işinin nəticəsində 1993-cü ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü elan edib. Səfir qeyd edib ki, Azərbaycan bu gün UNESCO-nun fəal üzvüdür. K. Krofts bu qurumun baş katibi vəzifəsinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyinin irəli sürüldüyünü xatırladıb.
 
Diplomat bildirib ki, indiki çətin dövrdə azad, keyfiyyətli jurnalistikanın gücləndirilməsi həyati əhəmiyyət daşıyır.
 
Tədbirdə media nümayəndələri də çıxış edərək mətbuat azadlığının əhəmiyyətindən danışıblar. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar